İstifadəçi Sazişi

Son yenilənmə: 9 Noyabr 2026  ·  spinl.net

1. Tərəflər

Bu saziş Spinl.net platforması ("Platforma") ilə platformaya qeydiyyatdan keçmiş istifadəçi ("İstifadəçi") arasında bağlanır. Qeydiyyatı tamamladığınız an bu sazişi tam qəbul etmiş sayılırsınız.

2. Platformun Məqsədi

Spinl.net əyləncə məqsədli sosial oyunlar platformasıdır və heç bir formada qumar oyunu deyil. Burada istifadə olunan bütün ballar (♥ daxil) virtualdır; real pul mərc edilmir, qumarbazlıq fəaliyyəti mövcud deyil və İstifadəçi bu Platformadan istifadə nəticəsində heç bir maddi qazanc əldə etmir.

3. Qeydiyyat Şərtləri

  • Minimum yaş tələbi: 18. Qeydiyyatdan keçən hər İstifadəçi 18 yaşını tamamladığını qeydiyyat zamanı ayrıca təsdiq edir və bununla Platformadan istifadə zamanı etdiyi bütün hərəkətlərə görə məsuliyyəti şəxsən öz üzərinə götürdüyünü qəbul edir.
  • Hər şəxs yalnız bir hesab yarada bilər.
  • Hesab məlumatlarının gizliliyindən özünüz məsulsunuz.
  • Saxta şəxsiyyət və ya başqasının adına qeydiyyat qadağandır.

4. İstifadəçi Öhdəlikləri

  • Digər istifadəçilərə hörmətli davranmaq.
  • Texniki infrastruktura zərər verməmək.
  • Spam, aldatma, təhqir və ya şiddət çağırışı olan məzmun paylaşmamaq.
  • Bot, avtomatlaşdırma aləti və ya hilə proqramı istifadə etməmək.

5. Virtual Vahid

Platformadakı virtual vahid — ürək — real valyutaya çevrilə bilməz. Premium alışlar texniki xəta istisna olmaqla geri qaytarılmır.

6. Hesabın Bloklanması

Qaydaları pozan istifadəçinin hesabı öncədan xəbərdarlıq olmadan müvəqqəti və ya daimi olaraq bağlana bilər.

7. Məsuliyyətin Məhdudlaşdırılması

Spinl.net texniki nasazlıqlar, üçüncü tərəf fasilələri və ya fors-major hallar nəticəsindəki itkilər üçün məsuliyyət daşımır.

Platforma rəhbərliyi İstifadəçilərin Platforma daxilində etdiyi qanunsuz, təhqiramiz, hədə-qorxulu və ya üçüncü şəxslərin hüquqlarını pozan hərəkətlərinə görə məsuliyyət daşımır. Bu cür hərəkətlərin bütün hüquqi nəticələri müstəsna olaraq həmin hərəkəti edən İstifadəçinin üzərinədir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi (o cümlədən İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi) ilə tənzimlənir. Platforma belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək hüququnu özündə saxlayır.

8. Tətbiq Olunan Hüquq

Bu Saziş Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənir və şərh olunur. Saziş ilə bağlı yaranan mübahisələr əvvəlcə qarşılıqlı danışıqlar yolu ilə, bu mümkün olmadığı halda isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada səlahiyyətli məhkəmələrdə həll olunur.

9. Dəyişikliklər

Bu saziş öncədan xəbərdarlıq olmadan yenilənə bilər. Platformdan istifadəyə davam etmək yeni şərtlərin qəbulunu bildirir.