Məxfilik Siyasəti

Son yenilənmə: 9 Noyabr 2026  ·  spinl.net

1. Hansı Məlumatları Toplayırıq?

  • Hesab məlumatları: istifadəçi adı, e-poçt (könüllü), cins, doğum tarixi.
  • Profil məzmunu: avatar, status, şərhlər, hədiyyə tarixçəsi.
  • Texniki məlumatlar: IP ünvanı, cihaz növü, brauzer, oturum vaxtı.
  • Oyun fəaliyyəti: oyun nəticələri, bal cədvəli, oyun müddəti.

2. Məlumatlar Necə İstifadə Olunur?

  • Hesabınızı idarə etmək və xidmət göstərmək.
  • Oyun balansını və sıralamalarını hesablamaq.
  • Fırıldaqçılıq və qayda pozuntularını aşkar etmək.
  • Platformu inkişaf etdirmək üçün anonim statistik analiz.

3. Məlumatlar Paylaşılırmı?

İstifadəçi məlumatları üçüncü şəxslərə satılmır. Yalnız aşağıdakı hallarda paylaşılır:

  • Qanuni tələb (məhkəmə qərarı, hüquq-mühafizə orqanı).
  • Texniki xidmət tərəfdaşları (server, ödəniş prosessoru) — yalnız zəruri həcmdə.

4. Şifrə Təhlükəsizliyi

Şifrələriniz heç vaxt açıq mətn şəklində saxlanmır; bcrypt hash alqoritmi ilə qorunur. Şifrənizi heç kəslə, o cümlədən platforma işçilərilə paylaşmayın.

5. Çərəzlər (Cookies)

Platforma yalnız oturum idarəetməsi üçün zəruri çərəzlərdən istifadə edir. Üçüncü tərəf reklam çərəzləri istifadə edilmir.

6. Məlumatlarınıza Nəzarət

  • Profilinizi istənilən vaxt dəyişdirə bilərsiniz.
  • Hesabınızı silib bütün şəxsi məlumatların silinməsini tələb edə bilərsiniz.
  • Silmə müraciəti üçün dəstək kanalı ilə əlaqə saxlayın.

7. Yaş Məhdudiyyəti və Uşaqların Məlumatları

Platformadan istifadə üçün minimum yaş 18-dir (bax: İstifadəçi Sazişi, bənd 3). 18 yaşdan kiçik şəxslərdən bilərəkdən məlumat toplanmır. Belə bir halın fərqinə vararsanız, dərhal bizimlə əlaqə saxlayın — müvafiq hesab və məlumatlar araşdırılıb silinəcək.

8. Hüquqi Məsuliyyət

İstifadəçinin Platforma daxilində etdiyi qanunsuz və ya təhqiramiz hərəkətlərə görə Platforma rəhbərliyinin məsuliyyəti daşımadığı hallar və bunun hüquqi tənzimlənməsi İstifadəçi Sazişinin müvafiq bəndlərində təsbit olunub; bu Siyasət həmin şərtlərlə birgə oxunmalıdır.

9. Əlaqə

Məxfilik sualları üçün platforma daxilindəki dəstək bölməsinə müraciət edin.